14:13 22-07-2021
news_image
374
FUTBOL

Yalnız “Qarabağ” – “penta-trik”

Bu gün “Qarabağ” Konfrans Liqasında debüt edəcək.

Apasport.az saytının məlumatına görə, bu, Ağdam klubunun iştirak etdiyi 5-ci Avropa səviyyəli turnir olacaq.

İndiyədək təmsilçimiz Çempionlar Liqası, Avropa Liqası (əvvəlki UEFA kuboku), həmçinin artıq tarixin yaddaşına köçən Kuboklar kuboku və İntertoto kubokunda da mübarizə aparıb. “Qarabağ” 5 müxtəlif avrokubokda oynamaqla “penta-trik”ə imza atan ilk və hələlik yeganə Azərbaycan klubudur.

“Qarabağ”ın turnirlər üzrə debütü
Kuboklar kuboku – 1996
UEFA kuboku (indiki Avropa Liqası) – 1997
İntertoto kuboku – 1999
Çempionlar Liqası – 2014
Konfrans Liqası – 2021