14:58 22-07-2021
news_image
142
TOKİO-2020

Boksçularımızın hazırlığından danışdı – Nəriman Abdullayev

“Hazırda komandamız Tokioda Olimpiya kəndindədir”. 

Apasport.az saytının məlumatına görə, bunu boks üzrə Azərbaycan yığmasının böyük məşqçisi Nəriman Abdullayev deyib.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlama verən təcrübəli mütəxəssis boksçularımızın Tokio-2020 Yay Olimpiya Oyunlarındakı hazırlığını dəyərləndirib: “Boksçularımız bugünkü məşqçi açıq havada keçib. Keçdiyimiz bütün təlim-məşq toplanışları arxada qalıb. Artıq yarışa start verilməsinə az vaxt qalıb. Komandamız məşqlərini davam etdirir. Çəkilər yoxlanılır. Boksçularımızın rəqibləri püşkatmadan sonra bəlli olacaq”.

Qeyd edək ki, boks yarışları iyulun 24-də start götürəcək.