15:21 22-07-2021
news_image
152
FUTBOL

“Soçi” – “Keşlə” oyunu tamaşaçısız keçiriləcək – biletlərin pulu qaytarılacaq

Konfrans Liqasının “Soçi” – “Keşlə” oyunu tamaşaçısız keçiriləcək.

Apasport.az saytının məlumatına görə, bu barədə qərar oyun günü verilib.

Soçinin eyniadlı təmsilçisi regional qurumların qərarlarını əsas gətirərək belə addım atıb. Satılan biletlər üçün ödənilən məbləğ yaxın müddətdə azarkeşlərə qaytarılacaq.