22:39 22-07-2021
news_image
329
FUTBOL

“Keşlə”nin qapıçısı möcüzələr göstərirdi” - “Soçi”nin baş məşqçisi

“Keşlə” ilə oyunun əvvəli mübariz ruhda keçdi. Rəqib heç nədə uduzmaq istəmirdi”.

Apasport.az saytının məlumatına görə, bunu “Soçi”nin baş məşqçisi Vladimir Fedotov deyib.

O, Konfrans Liqasının “Keşlə” ilə oyunundakı 3:0 hesablı qələbə barədə fikirlərini bölüşüb: “Həmişə olduğu kimi ilk 10 dəqiqə xaotik keçdi. Amma biz standart vəziyyətdən hesabı açdıq. Sonra çox sayda epizodlar oldu. Hücumların sonluğunda düzgün oynamırıq. Soyuqqanlılıq çatmırdı. Rəqib qapıçı möcüzələr göstərirdi. Deyərdim ki, o, futbol qəhrəmanlığı nümayiş etdirdi. Gərgin qrafikimiz var”.