09:30 23-07-2021
news_image
162
TOKİO-2020

İdmançı huşunu itirdi – Tokio-2020-də

Tokio-2020 Yay Olimpiya Oyunlarında xoşagəlməz hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, kamandan oxatma üzrə təsnifat yarışlarında rusiyalı idmançı Svetlana Qomboyeva huşunu itirib.

Özünü pis hiss edən 23 yaşlı idmançı ilk tibbi yardımdan sonra özünə gəlib. Müayinələrdən sonra onu gün vurduğu müəyyənləşib. Svetlana yekunda 630 xalla 45-ci olub.

Təsnifat mərhələsində Cənubi Koreya təmsilçisi San An 680 xalla Olimpiya rekordu vurub. Komanda yarışlarında Cənubi Koreya 2032 xalla Olimpiya rekorduna imza atıb.