09:38 23-07-2021
news_image
116
TOKİO-2020

Daha 19 yoluxma – Tokio-2020-də

Tokio-2020 Yay Olimpiya Oyunlarında daha 19 koronavirusa yoluxma aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, bunu yarışın mətbuat xidməti açıqlayıb.

Onlardan üçü qonaq ölkələrin idmançılarıdır. Digər 16 yoluxma podratçı, jurnalist və personal üzvlərində üzə çıxıb.

Qeyd edək ki, bununla da Tokio-2020-dəki yoluxma sayı 110-a çatıb.