14:05 23-07-2021
news_image
111
FUTBOL

Son qərarını verdi – 4 illik müqavilə

“Tottenhem”in aparıcı futbolçusu Xın Min-Sonun taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, London klubu ilə müqavilə müddəti başa çatan 29 yaşlı yarımmüdafiəçi komandada qalmağı qərara alıb.

Bir neçə təklifə baxmayaraq, Cənubi Koreya millisinin üzvü “Tottenhem”lə yeni müqaviləyə qol çəkib. Anlaşmaya əsasən, Son daha 4 il Premyer Liqa təmsilçisinə məxsus olacaq.

Qeyd edək ki, 2015-ci ildən “Tottenhem”də çıxış edən Son bu müddətdə 280 oyuna çıxıb, 107 qol vurub, 64 məhsuldar ötürmə verib.