14:30 23-07-2021
news_image
425
FUTBOL

“Neftçi”nin futbolçusuna “elçi düşdü” – La Liqa klubu

“Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane İspaniya klubunun “radar”ına düşüb.

Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, Roberto Bordinin ağ-qara forma geyindirdiyi azsaylı legionerlərdən biri olan qvineyalı legioner “Levante”nin diqqətini çəkib.

La Liqa klubunun 2 meneceri 1997-ci il təvəllüdlü oyunçunu izləmək üçün Yunanıstana yollanıb.

“Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsində “Olimpiakos”la keçirdiyi ilk oyunu (1:0) stadiondan izləyən nümayəndələrin Kane ilə bağlı təəssüratı müsbətdir.

Bakı klubunun prezidenti Kamran Quliyev afrikalı futbolçunun transfer qiymətinin 1 milyon dollar təşkil etməsini açıqlayıb. İspaniyalı skautlar bundan xəbərdardır.

Amma bu, hələ o demək deyil ki, Kaneni transfer etmək fikrini qətiləşdirsələr, tələb olunan məbləği ödəyəcəklər. Onlar bu kimi “gözlənilməz tapıntılar” üçün maksimum 300 min avro nəzərdə tutub.