15:03 23-07-2021
news_image
362
FUTBOL

Püşkatma mərasiminin vaxtı açıqlandı – Premyer Liqanın

Azərbaycan Premyer Liqasında 2021/2022-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib. 

Apasport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, mərasim iyulun 30-da baş tutacaq. 

Tədbir AFFA-nın inzibati binasında keçiriləcək. Saat 14:00-da başlanacaq və pandemiya qaydalarına riayət olunmaqla keçiriləcək tədbirə klub və KİV nümayəndələri də iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 14-də start götürəcək.