16:05 23-07-2021
news_image
191
TOKİO-2020

Olimpiadaya etiraz aksiyası keçirilir - Tokioda

Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasiminin təşkil olunduğu stadionun yaxınlığında etiraz aksiyası keçirilir.

Apasport.az saytının məlumatına görə, Tokio Olimpiya Stadionunun yaxınlığında toplaşan Yaponiya sakinləri koronavirus pandemiyası dövründə Olimpiadanın keçirilməsinə narazılığını ifadə edir.

Onlar “Pulları Olimpiada deyil, koronavirusla mübarizəyə verin”, “Bizə Olimpiada lazım deyil”, “Olimpiadaya yox”, “Oyunları ləğv edin”, “BOK – rədd ol” kimi süarlar səsləndirir.

Qeyd edək ki, koronavirusa görə Tokio və bir sıra prefekturalarda fövqəladə vəziyyət elan olunub.