22:13 23-07-2021
news_image
217
FUTBOL

Avrokuboklarda ən böyükhesablı məğlubiyyətləri – Türkiyə klublarının

2021/22 mövsümü Türkiyə futbolu üçün biabırçı nəticə ilə start götürüb.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının II təsnifat mərhələsində PSV-nin qonağı olan “Qalatasaray” 1:5 hesablı yenilgiyə məruz qalıb.

Ancaq bu, Türkiyə klublarının Avropa arenasındakı ilk belə uğursuz nəticəsi deyil. Niderlanddakı 1:5 hesabı hətta bu baxımdan ilk “10-luğ”a düşmür.

Bu yazıda qardaş ölkə təmsilçilərinin ən böyükhesablı məğlubiyyətlərinə diqqət yetirəcəyik.

1. “Roma” – “Altay” – 10:1 (7 noyabr 1962-ci il)
2. “Münhen 1860” – “Göztəpə” – 9:1 (23 noyabr 1965-ci il)
3. “Liverpul” – “Beşiktaş” – 8:0 (6 noyabr 2007-ci il)
4. “Benfika” – “Fənərbaxça” – 7:0 (17 sentyabr 1975-ci il)
5. “Siqma” – “Fənərbaxça” – 7:1 (4 noyabr 1992-ci il)
6-12. “Real” – “Qalatasaray” – 6:0 (6 noyabr 2019-cu il)
“Sevilya” – “Akhisar” – 6:0 (25 noyabr 2018-ci il)
“Dinamo” (Kiyev) – “Beşiktaş” – 6:0 (6 dekabr 2016-cı il)
“Verder” – “Antalyaspor” – 6:0 (28 sentyabr 2000-ci il)
“Lids” – “Beşiktaş” – 6:0 (26 sentyabr 2000-ci il)
“Honved” – “Adanaspor” – 6:0 (14 sentyabr 1978-ci il)
“Bavariya” – “Qalatasaray” – 6:0 (27 sentyabr 1972-ci il)