23:31 23-07-2021
news_image
186
FUTBOL

Super Liqa tarixinin ən yaxşı braziliyalıları – “11-lik”

Türkiyə Super Liqa klubları həmişəki kimi, yenə braziliyalı futbolçuların transferlərinə böyük önəm verir.

Apasport.az saytının məlumatına görə, təsadüfi deyil ki, indiyə qədər Türkiyədə ən çox legioner həyatı yaşamış legionerlər “sambaçılar” olub. Türkiyəli həmkarlarımız da bunu nəzərə alaraq, ölkəyə gəlmiş ən yaxşı braziliyalılardan ibarət rəmzi “11-lik” qurub. Seçim zamanı oyunçuların Türkiyə çempionatındakı çıxışı, dünya səviyyəsində buraxdıqları iz və milli komandalarında çox oynamaları diqqətə alınıb.

Super Liqanın simvolik “sambaçı” “11-liy”i aşağıdakı kimidir:

Qapıçı: Klaudio Taffarel (“Qalatasaray”);
Mərkəz müdafiəçiləri: Fabio Lusiano, Edu Dracena (hər ikisi “Fənərbaxça”);
Sol cinah müdafiəçisi: Roberto Karlos (“Fənərbaxça”);
Sağ cinah müdafiəçisi: Çiçinyo (“Sivasspor”);
Yarımmüdafiəçilər: Felipe Melo (“Qalatasaray”), Joze Kleberson, Anderson Talişka, Rikardinyo (hamısı “Beşiktaş”), Aleks de Souza (“Fənərbaxça”);
Hücumçu: Mario Jardel (“Qalatasaray”).