17:18 23-07-2021
news_image
134
FUTBOL

Müdafiəçisini icarəyə verdi – “Yuventus”

İtaliyanın “Yuventus” klubunun futbolçusu Canluka Frabotta karyerasını “Atalanta”da davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, müdafiəçi icarə əsasında Berqamo təmsilçisinə keçib.

Bununla bağlı iki klub arasında birillik razılıq əldə edilib. Bu müddət başa çatdıqdan sonra “Atalanta” oyunçunu heyətinə qatmaq hüququna malik olacaq. 22 yaşlı futbolçunun Turin təmsilçisi ilə müqaviləsi 2025-ci ildə başa çatacaq.

Qeyd edək ki, Frabotta ötən mövsüm “Yuventus”da 17 oyun keçirib və 1 qol vurub.