00:52 24-07-2021
news_image
173
FUTBOL

“Barselona”da oynamış niderlandlı futbolçular – simvolik komanda

“Barselona” Avropada niderlandlı futbolçulardan ən çox faydalanan klub kimi tanınır.

Apasport.az saytının məlumatına görə, heyətində Frenk de Yonq kimi oyunçu olan Kataloniya təmsilçisi yay fasiləsində onun həmyerlisi Memfis Depayı da transfer edib.

İspaniyalı həmkarlarımız isə indiyə qədər “Barsa” forması geyinmiş 22 niderlandlı futbolçu arasından simvolik komanda hazırlayıb.

Qapıçı: Yasper Sillessen
Mərkəz müdafiəçiləri: Ronald Kuman, Frank de Bur
Sol cinah müdafiəçisi: Covanni van Bronkhorst
Sağ cinah müdafiəçisi: Mixael Rayziger
Dayaq yarımmüdafiəçisi: Filip Koku
Orta sahə: Yohan Neeskens, Mark van Bommel
Sol vinger: Yohan Kroyff
Sağ vinger: Mark Overmars
Hücumçu: Patrik Klyuvert