19:36 23-07-2021
news_image
223
FUTBOL

Əməliyyat olundu - Namik Ələskərov

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin Yunanıstanın “Olimpiakos” klubu ilə oyununda ciddi zədə alan Namik Ələskərov bu gün əməliyyat olunub.

Apasport.az xəbər verir ki, bu barədə klub saytı vasitəsilə məlumat yayıb.

Komandanın baş həkimi Şaiq Zöhrablı əməliyyatın uğurlu alındığını bildirib:

“Üz-çənə cərrahı tərəfindən maksilyar hissədə icra olunmuş əməliyyat tam uğurla başa çatıb. Namikin vəziyyəti stabildir. O, palataya yerləşdirilib, 1-2 günə evə buraxılacaq. Futbolçumuz təxminən 3 həftədən sonra fərdi məşqlərə başlaya biləcək”.