09:01 24-07-2021
news_image
306
TOKİO-2020

2 cüdoçumuzdan medalsız vida – Tokio-2020

Azərbaycan cüdoçuları Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start götürüb.

Apasport.az saytının məlumatına görə, ilk gündə iki cüdoçumuz yarışıb.

60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov Olimpiadaya uğurlu başlanğıc edib. O, 1/16 final mərhələsində Eşli Makkenzieyə (Böyük Britaniya) qalib gəlib. Lakin dünya üçüncüsü 1/8 finalda Gürcüstan təmsilçisi Lukumi Tsxvimiani ilə bacarmayıb. Rəqibinə ipponla məğlub olan Hüseynov mübarizəni dayandırıb.

Qadın cüdoçumuz Aişə Qurbanlı da medalsız qalıb. 48 kq-da yarışan Qurbanlı 1/16 finalda portuqaliyalı Katarina Koştaya uduzaraq turnirlə vidalaşıb.

Qeyd edək ki, sabah daha bir cüdoçumuz Orxan Səfərov (66 kq) mübarizəyə qoşulacaq. Azərbaycan yığması tarixində ilk dəfə Olimpiadaya 9 cüdoçu ilə qatılıb.