09:33 24-07-2021
news_image
218
TOKİO-2020

Tokio-2020: İlk cəhdi uğursuz oldu – Ruslan Lunyovun

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Tokio Yay Olimpiya Oyunlarında ilk çıxışını uğursuz başa vurub. 

Apasport.az saytının məlumatına görə, İslamiadanın qalibi 10 m məsafəyə atəşaçmada mübarizəni təsnifat mərhələsində dayandırıb. 

Təmsilçimiz 6 atışdan 574 xal toplayıb və yarışı 20-ci pillədə bitirib. 

Qeyd edək ki, Lunyov 25 m məsafəyə atəşaçmada da hədəf özünə keçəcək. Bu, avqustun 1-nə təsadüf edəcək.