10:04 24-07-2021
news_image
331
TOKİO-2020

Velosipedçimiz finişə çata bilmədi – Tokio-2020

Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

Apasport.az saytının məlumatına görə, velosipedin şosse növündə çıxış edən Elçin Əsədov finişə çata bilməyib.

130 velosipedçinin qatıldığı yarışda 34 yaşlı idmançımız 57-ci km-də yıxılıb. Yarışın ümumi məsafəsi 234 km olsa da, Əsədov axıra qədər tab gətirə bilməyib.

Onunla yanaşı, hazırda davam edən yarışda daha 11 velosipedçi finişə çata bilməyib.

Qeyd edək ki, yarışın startında 2 velosipedçinin isə koronavirus testi müsbət çıxdığından mübarizəyə qoşulmayıb.