10:28 24-07-2021
news_image
207
FUTBOL

Daha 2 transfer – “Qalatasaray”dan

Transfer çalışmalarını sürətləndirən “Qalatasaray” daha iki futbolçunu heyətinə qatıb.

Apasport.az saytının məlumatına görə, Türkiyə təmsilçisi Aleksandru Çiçaldaudan sonra Saşa Boey və Patrik van Aanholtla da anlaşıb.

Bununla “cim-bom” müdafiənin sağ və sol cinahında yaranan boşluğu doldurub. Həm Boeyin klubu “Renn”, həm də van Aanholtun son illər formasını geyindiyi “Kristal Palas”la ortaq məxrəcə gəlinib. 21 yaşlı Boey və 31 yaşlı van Aanholt tezliklə rəsmi müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, Çempionlar Liqasında mübarizə aparan “Qalatasaray” II təsnifat mərhələsinin ilk oyununda Niderland təmsilçisi PSV-yə 1:5 hesabı ilə məğlub olub.