10:36 24-07-2021
news_image
1180
FUTBOL

I divizion klubuna keçdi - Cavid İmamverdiyev

2021/22 mövsümündə I divizionda mübarizə aparacaq “Kəpəz” yeni mövsümə hazırlığını və transfer çalışmalarını davam etdirir.

Apasport.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumat verir ki, Gəncə təmsilçisi heyətini yeni oyunçu ilə gücləndirib.

Ötən mövsüm “Keşlə”də bir oyun keçirdikdən sonra “Sumqayıt”a keçən 31 yaşlı yarımmüdafiəçi “Kəpəz”lə münasibətləri rəsmiləşdirib. Azərbaycan millisinin sabiq üzvü "sarı-göylər"in heyətində 8 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Cavid İmamverdiyev keçən mövsüm “Sumqayıt”ın heyətində Premyer Liqada 13 matçda iştirak edib.