22:14 24-07-2021
news_image
158
FUTBOL

Poqbanın transferinə hazırlaşır - PSJ

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba komandasını dəyişməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Fransa millisinin üzvü ölkəsinə köçməyə yaxındır.

Transfer dönəminin fəal komandalarından PSJ ulduz futbolçunu heyətinə qatmaq niyyətindədir. Paris təmsilçisi 50 milyon avro müqabilində bu transferi reallaşdıracağına əmindir. Hazırda klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, Pol Poqba 2016-cı ildən “Mançester Yunayted”də çıxış edir.