13:16 24-07-2021
news_image
341
FUTBOL

AVRO-2020-dən sonra transfer dəyəri artanlar – Pedri zirvədə

Koronavirus pandemiyası səbəbindən bir il gec baş tutan AVRO-2020-dəki çıxışdan sonra transfer dəyəri ən çox artan futbolçuların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıda 14 oyunçu göstərilib.

İspaniya millisindəki parlaq çıxışı ilə diqqət çəkən gənc Pedri cədvələ başçılıq edir. Qitə birinciliyindən əvvəl 70 milyon avro dəyərində göstərilən yarımmüdafiəçinin transfer qiyməti artıq 80 milyon avrodur. İtaliya yığmasının çempionluğunda önəmli rol oynayan Federiko Kyeza da dəyərini 10 milyon yüksəldib. Onun qiyməti isə hazırda 70 milyon avrodur.

Siyahıya AVRO-2020-dən sonra dəyərini ən azı 5 milyon avro artıran futbolçular salınıb.

1. Pedri (İspaniya)
Yaşı: 18
Klubu: “Barselona”
AVRO-2020-dən əvvəlki dəyəri: 70 milyon avro
AVRO-2020-dən sonrakı dəyəri: 80 milyon avro

2. Federiko Kyeza (İtaliya)
Yaşı: 23
Klubu: “Yuventus”
AVRO-2020-dən əvvəlki dəyəri: 60 milyon
AVRO-2020-dən sonrakı dəyəri: 70 milyon

3. Kalvin Fillips (İngiltərə)
Yaşı: 25
Klubu: “Lids”
AVRO-2020-dən əvvəlki dəyəri: 30 milyon
AVRO-2020-dən sonrakı dəyəri: 40 milyon

4. Lük Şou (İngiltərə)
Yaşı: 26
Klubu: “Mançester Yunayted”
AVRO-2020-dən əvvəlki dəyəri: 35 milyon
AVRO-2020-dən sonrakı dəyəri: 42 milyon

5. Mikkel Damsqaard (Danimarka)
Yaşı: 21
Klubu: “Sampdoriya”
AVRO-2020-dən əvvəlki dəyəri: 13 milyon
AVRO-2020-dən sonrakı dəyəri: 20 milyon

6. Yoakim Mehle (Danimarka)
Yaşı: 24
Klubu: “Atalanta”
AVRO-2020-dən əvvəlki dəyəri: 13 milyon
AVRO-2020-dən sonrakı dəyəri: 19 milyon

7. Deklan Rays (İngiltərə)
Yaşı: 22
Klubu: “Vest Hem”
AVRO-2020-dən əvvəlki dəyəri: 65 milyon
AVRO-2020-dən sonrakı dəyəri: 70 milyon

8. Canluici Donnarumma (İtaliya)
Yaşı: 22
Klubu: PSJ
AVRO-2020-dən əvvəlki dəyəri: 55 milyon
AVRO-2020-dən sonrakı dəyəri: 60 milyon

9. Harri Maquayr (İngiltərə)
Yaşı: 28
Klubu: “Mançester Yunayted”
AVRO-2020-dən əvvəlki dəyəri: 45 milyon
AVRO-2020-dən sonrakı dəyəri: 50 milyon

10. Dani Olmo (İspaniya)
Yaşı: 23
Klubu: “Leypsiq”
AVRO-2020-dən əvvəlki dəyəri: 45 milyon
AVRO-2020-dən sonrakı dəyəri: 50 milyon

11. Jorjinyo (İtaliya)
Yaşı: 29
Klubu: “Çelsi”
AVRO-2020-dən əvvəlki dəyəri: 40 milyon
AVRO-2020-dən sonrakı dəyəri: 45 milyon

12. Pyerr-Emil Höybyerq (Danimarka)
Yaşı: 25
Klubu: “Tottenhem”
AVRO-2020-dən əvvəlki dəyəri: 35 milyon
AVRO-2020-dən sonrakı dəyəri: 40 milyon

13. Patrik Şik (Çexiya)
Yaşı: 25
Klubu: “Bayer”
AVRO-2020-dən əvvəlki dəyəri: 23 milyon
AVRO-2020-dən sonrakı dəyəri: 28 milyon

14. İllya Zabarnyi (Ukrayna)
Yaşı: 18
Klubu: “Dinamo”, Kiyev
AVRO-2020-dən əvvəlki dəyəri: 6 milyon
AVRO-2020-dən sonrakı dəyəri: 11 milyon