14:13 24-07-2021
news_image
166
FUTBOL

Sulşerlə bağlı qərarını açıqladı - “Mançester Yunayted”

“Mançester Yunayted” baş məşqçisi Ole Qunnar Sulşerlə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” norveçli mütəxəssisi komandanın sükanı arxasında saxlayıb.

2018-ci ildən “mankunianlar”a rəhbərlik edən 48 yaşlı çalışdırıcı ilə yeni 3 illik müqavilə imzalandığı açıqlanıb. Onun əvvəlki sözləşmə müddəti gələn ilin yayına qədər idi.

Qeyd edək ki, “Mançester Yunayted” ötən mövsüm İngiltərə Premyer Liqasında 2-ci yeri tutub.