14:28 24-07-2021
news_image
222
TOKİO-2020

Üzgüçümüz qrupda sonuncu oldu – Tokio-2020

Tokio Yay Olimpiya Oyunlarında üzgüçülük yarışlarına start verilib. 

Apasport.az saytının məlumatına görə, idmançılarımızdan ilk olaraq mübarizəyə Maksim Şemberev qoşulub. 

O, 400 m məsafəyə kompleks üsulla üzmədə start xəttinə çıxıb. 8 üzgüçünün yarışdığı ikinci qrupun təsnifat mərhələsi təmsilçimiz üçün uğursuz alınıb. Şemberev çıxışını sonuncu – 8-ci yerdə bitirib. O, bu məsafəni 4:19.40 dəqiqəyə üzüb. 

Finala yüksələ bilməyən Maksim yekunda 29 idmançı arasında 26-cı olub.