14:55 24-07-2021
news_image
188
TOKİO-2020

Şeyxəlizadəxangah 3 idmançını qabaqladı – Tokio-2020

Azərbaycan millisinin daha bir idmançısı Tokio Yay Olimpiya Oyunlarında çıxışını bitirib. 

Apasport.az saytının məlumatına görə, Maksim Şemberevin ardınca Məryəm Şeyxəlizadəxangah də uğursuzluqla üzləşib. 

Qadınlar arasında 100 m məsafəyə batterflyay üsulu ilə üzmədə mübarizə aparan idmançı I təsnifat qrupunu ilk sırada bitirsə də (1:01,37), yekunda finala yüksələ bilməyib. 

Şeyxəlizadəxangah 33 idmançı arasında 30-cu olmağı bacarıb.