15:25 24-07-2021
news_image
278
TOKİO-2020

Ölkə tarixində ikinci Olimpiya çempionu – Qurbanlının çəkisində

Azərbaycanın qadın cüdoçusu Aişə Qurbanlının Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə apardığı 48 kq çəki dərəcəsinin qalibi müəyyənləşib. 

Apasport.az saytının məlumatına görə, Kosovo təmsilçisi Distriya Krasniki bütün rəqiblərinə qalib gələrək, qızıl medal qazanıb. 

O, həlledici görüşdə yaponiyalı Funa Tunakidən güclü olub. 25 yaşlı Krasniki Kosovo tarixində qızıl mükafata yiyələnən ikinci idmançı olub. 

2016-cı ildə Braziliyada təşkil edilən Olimpiadada Kosovonun heyətində ilk çempionluğu başqa bir cüdoçu Malinda Kelmendi (52 kq) əldə edib. 

Qeyd edək ki, 48 kq-da ukraynalı Dariya Bilodid və monqolustanlı Urantsetseq Munxbat bürünc mükafat qazanıb.