16:59 24-07-2021
news_image
174
TOKİO-2020

Gimnastımız 45-ci oldu – Tokio-2020

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, idman gimnastımız İvan Tixonov bu gün mübarizəyə qoşulub.

25 yaşlı idmançı fərdi çoxnövçülükdə çıxış edib. Dayaqla tullanmada (13.600), paralel qollarda (12.766), turnikdə hərəkətlərdə (13.133), sərbəst hərəkətlərdə (13.233), dəstəli at üzərində (13.366) və halqalarda (14.200) qüvvəsini sınayan Tixonov ümumilikdə 80.298 xal toplayaraq, 66 idmançı arasında 45-ci yeri tutub.

Bu nəticə Tixonovun final mərhələsindən kənarda qalmasına səbəb olub.