16:20 07-08-2021
news_image
6462
TOKİO-2020

Tokio-2020: Yığmamız qızıl qazana bilmədi – 3 gümüş, 4 bürünc

Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni başa vurub.

Apasport.az saytının məlumatına görə, yığmamız üçün çıxışının son günü daha məhsuldar alınıb.

Çünki komandamız aktivinə daha 3 medal yazdırıb. Onlardan 2-si gümüş, 1-i isə bürünc olub.

Sərbəst güləşçilərimizdən Hacı Əliyevlə karateçimiz İrina Zaretska həlledici görüşdə məğlub olaraq gümüş mükafata yiyələnib. Şərif Şərifov bürünc medal uğrunda dueldə uduzubsa, Mariya Stadnik Olimpiadanı 3-cü pillədə tamamlamağı bacarıb.

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandası isə təsnifat mərhələsində mübarizəni dayandırıb.

Bununla da Yaponiyaya 44 idmançı ilə yollanan Azərbaycan millisi qızıl medal qazanmayıb. Komandamız Olimpiadanı 3 gümüş və 4 bürünc medalla başa vurub.

1. Kəramət Hüseynov (cüdo, 60 kq) – 1/8 finalda uduzub
2. Aişə Qurbanlı (cüdo, 48 kq) - 1/16 finalda uduzub
3. Elçin Əsədov (velosiped idmanı, şosse velosipedi) – finişə çata bilməyib
4. Maksim Şemberev (üzgüçülük, 400 m qarışıq) – 26-cı yer
5. Məryəm Şeyxəlizadəxangah (üzgüçülük, 100 m batterflyay) – 30-cu yer
6. Tayfur Əliyev (boks, 57 kq) – 1/16 finalda uduzub
7. Lorenzo Sotomayor (boks, 69 kq) - 1/16 finalda uduzub
8. İvan Tixonov (idman gimnastikası, kişilər çoxnövçülük) – 45-ci yer
9. Marina Nekrasova (idman gimnastikası, qadınlar çoxnövçülük) – 70-ci yer
10. Orxan Səfərov (cüdo, 66 kq) – 1/16 finalda uduzub
11. Emin Cəfərov (stend atıcılığı, skit) –26-cı yer
12. Anna Başta (qılıncoynatma, sablya) – 1/8 finalda uduzub
13. Fəridə Əzizova (taekvondo, 67 kq) – 1/8 finalda uduzub
14. Milad Beiqi Harçeqani (taekvondo, 80 kq) – 1/4 finalda uduzub
15. Rostislav Pevtsov (triatlon) – 41-ci yer
16. Rüstəm Orucov (cüdo, 73 kq) – 5-ci yer
17. Murad Fətiyev (cüdo, 81 kq) – 1/8 finalda uduzdu
18. Məmmədəli Mehdiyev (cüdo, 90 kq) – 1/8 finalda uduzub
19. Edi Reski Dviçahyo (badminton) – qrupda qalıb 
20. Məhəmməd Abdullayev (boks, +91 kq) – 1/8 finalda uduzub
21. Zelim Kotsoyev (cüdo, 100 kq) - 1/8 finalda uduzub
22. Uşanqi Kokauri (cüdo, +100 kq) - 1/8 finalda uduzub
23. İrina Kindzerska (cüdo, +78 kq) - bürünc medal qazanıb
24. Cavid Çələbiyev (boks, 63 kq) - 1/8 finala uduzub
25. Anna Skidan (atletika, çəkicatma) - 16-cı yer
26. Alfonso Dominqes (boks, 81 kq) – bürünc medal qazanıb
27. Ruslan Lunyov (güllə atıcılığı) - kiçikçaplı tapançadan atəşaçmada 10 m məsafədən 574 xalla 20-ci yer; 25 m məsafədən 567 xalla 21-ci yer
28. Elis Manolova (qadın güləşi, 68 kq) – təsəlliverici qarşılaşmada uduzub
29. Rafiq Hüseynov (yunan-Roma güləşi, 77 kq) – bürünc medal qazanıb
30. Nazim Babayev (atletika, üç təkanla tullanma) – 15-ci yer
31. İslam Abbasov (yunan-Roma güləşi, 87 kq) – 1/8 finalda uduzub
32. Turan Bayramov (sərbəst güləş, 74 kq) – 1/4 finalda uduzub
33. Firdovsi Fərzəliyev (karate, 67 kq) – qrupda mübarizəni dayandırıb
34. Zöhrə Ağamirova (bədii gimnastika, çoxnövçülük) – 18-ci yer
35. Rafael Ağayev (karate, 75 kq) – gümüş medal qazanıb
36. Yelizaveta Luzan, Darya Sorokina, Nərminə Səmədova, Ləman Əlimuradova, Zeynəb Hümmətova (bədii gimnastika, qrup çoxnövçülük) – 10-cu yer
37. Şərif Şərifov (sərbəst güləş, 97 kq) – 5-ci yer
38. Hacı Əliyev (sərbəst güləş, 65 kq) – gümüş medal qazanıb
39. Mariya Stadnik (qadın güləşi, 50 kq) – bürünc medal qazanıb
40. İrina Zaretska (karate, +61 kq) – gümüş medal qazanıb