06:24 25-07-2021
news_image
466
TOKİO-2020

Orxan Səfərov mübarizəni dayandırdı - Tokio-2020

Tokio-2020 Yay Olimpiya Oyunlarının üçüncü gününə start verilib.

Apasport.az saytının məlumatına görə, cüdo yarışlarında daha 2 çəki üzrə mübarizə başlayıb.

Azərbaycanın daha bir təmsilçisi medallar uğrunda mübarizəyə qoşulub. Lakin 66 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov uğursuzluqla üzləşib.

Kişilər
66 kq

Orxan Səfərov 1/16 finalda Qazaxıstan təmsilçisi Yerlan Serikjanovla qarşılaşıb. Avropa çempionumuz Olimpiadada medal ümidlərimizdən sayılsa da, asiyalı rəqibinin müqavimətini qıra bilməyib. Əsas vaxtı xalsız başa çatan qarşılaşmanın qalibi qızıl xalla müəyyənləşib. İlk vazari xalına sahib çıxan qazaxıstanlı 1/8 finala yüksəlib. Orxan isə yarışla vidalaşıb.

Qeyd edək ki, Səfərova qədər daha iki cüdoçumuz – Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) Olimpiadada çıxışını başa vurub.