09:32 25-07-2021
news_image
237
TOKİO-2020

Olimpiadalar tarixində ilk – Seul-1988-dən Tokio-2020-dək

Gürcüstanlı Nino Salukvadze Olimpiya Oyunları tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, 52 yaşlı güllə atıcısı bu gün Tokio-2020 Yay Olimpiya Oyunlarında atəş xəttinə çıxıb.

Tapançadan 10 m məsafədən atəş açmada qüvvəsini sınayan veteran 9-cu dəfə Olimpiadada iştirakını rəsmiləşdirib. O, buna nail olan ilk qadın idmançıdır.

Tokio-2020-dən sonra karyerasını bitirəcəyini açıqlayan Salukvadze Seul-1988-dən başlayaraq Olimpiadaların daimi iştirakçısıdır. O, 1988-ci ildə qızıl və gümüş, Pekin-2008-də bürünc qazanıb.

Qeyd edək ki, Nino Rio-2016-da oğlu ilə eyni Olimpiadada iştirak etməklə də tarixi ilkə imza atmışdı.