10:49 25-07-2021
news_image
111
TOKİO-2020

Məşqçi karantinə alındı – Tokio-2020-də

Tokio-2020 Yay Olimpiya Oyunlarının daha bir iştirakçısı koronavirusa yoluxub.

Apasport.az saytının məlumatına görə, bu dəfə məşqçilərdən birinin testi müsbət nəticələnib.

Bu, akademik avarçəkmə üzrə Niderland millisinin məşqçisi Yosi Ferdonksxotdur. 64 yaşlı mütəxəssis 10 günlük karantinə alınıb. Qadın ekipajlarla çalışan mütəxəssisin Olimpiya kəndində təmas qurduğu şəxslər araşdırılır.

Qeyd edək ki, məşqçi Tokioya koronavirusa yoluxan 4 niderlandlı idmançı ilə eyni təyyarədə deyil, ayrı uçub.