11:10 25-07-2021
news_image
261
TOKİO-2020

Tokio-2020: 30 iştirakçı arasında 24-cü – Emin Cəfərov

Tokio-2020 Yay Olimpiya Oyunlarında stend atıcılığı yarışları start götürüb.

Apasport.az saytının məlumatına görə, kişi və qadınlar skit növü üzrə təsnifat mərhələsinin ilk günündə qüvvəsini sınayıb.

Stend atıcılığındakı yeganə Azərbaycan təmsilçisi Emin Cəfərov da atəş xəttinə çıxıb. O, 75 hədəfdən 71 dəqiq nişan alıb. 

Azərbaycan Atıcılıq Federasiyasının baş katibi olan veteran snayper ilk “25”likdə bütün güllələri dəqiq vurubsa, ikincidə və üçüncüdə 23 dəfə hədəfə düşüb. Cəfərov günü 30 iştirakçı arasında 24-cü yerdə tamamlayıb. 

Mübarizəni davam etdirmək üçün atıcımız növbəti 50 atəşdən sonra ilk “altılığ”a düşməlidir. Təsnifat mərhələsindən sonra yalnız ilk 6 yerin sahibi mükafatlar uğrunda yarışacaq. 

Qeyd edək ki, skitdə təsnifat mərhələsinin davamı və həlledici raundlar sabah baş tutacaq.