13:01 25-07-2021
news_image
261
TOKİO-2020

Qılıncoynadanımıza ABŞ-dan rəqib - Tokio-2020

Sablya üzrə Azərbaycan milli komandasının üzvü Anna Baştanın rəqibi bəlli olub.

Apasport.az saytının məlumatına görə, qılıncoynadan mübarizəyə 1/16 finaldan başlayacaq.

Başta 16 ən güclü qadın sablyaçı sırasına yüksəlmək uğurunda görüşdə ABŞ təmsilçisi Anna-Yelizabet Stonla qarşılaşacaq.

Qarşılaşma iyulun 26-da, Bakı vaxtı ilə saat 04:55-də keçiriləcək.