17:02 25-07-2021
news_image
176
TOKİO-2020

Gimnastımız 70-ci oldu – Tokio-2020-də

Tokio-2020 Yay Olimpiya Oyunlarında idman gimnastikasında qadınların təsnifat yarışları başa çatıb.

Apasport.az saytının məlumatına görə, 85 iştirakçı arasında Azərbaycan təmsilçisi Marina Nekrasova da olub.

O, çoxnövçülükdə 48,232 xalla yarışı 70-ci yerdə tamamlayıb. Gimnastımız finala yüksələn 24 iştirakçı arasına düşə bilməyib.

Marina ayrı-ayrı hərəkətlərdə də 8 finalçı arasına yüksəlməyi bacarmayıb. O, dayaqla tullanmada 12,666 xalla 19-cu, qoşa paralel olmayan turnikdə 10,833 xalla 83-cü, tirdə 12,266 xalla 58-ci, sərbəst hərəkətdə 12,000 xalla 71-ci yerdə qərarlaşıb.