16:22 25-07-2021
news_image
451
FUTBOL

Biletlərin qiyməti açıqlandı - “Neftçi” – “Olimpiakos” matçı üçün

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Olimpiakos” oyununun biletlərinin satışa çıxarılacağı gün bəlli olub. 

Apasport.az xəbər verir ki, bu barədə məlumatı klubun saytı yayıb. 

Bildirilib ki, biletlər sabah saat 12:00-da satışa çıxarılacaq. Qiyməti 5 (1A, 2A, 4A, 5A, 1B, 2B), 10 (3B) və 20 (3A) manat təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından əldə etmək olar. 

Kassalar saat 21:00-dək işləyəcək.

Qeyd edək ki, iyulun 28-i “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Olimpiakos” oyunu saat 21:00-da başlanacaq.