16:49 25-07-2021
news_image
196
FUTBOL

Baş məşqçisi ilə yeni müqavilə bağladı - “Kəpəz”

"Kəpəz"i qarşıdakı çempionatda Yaşar Vahabzadə çalışdıracaq. 

Apasport.az saytı xəbər verir ki, bu barədə I divizion təmsilçisi feysbuk səhifəsi ilə məlumat yayıb. 

Bildirilib ki, ötən mövsümün sonunda əldə olunan razılığa əsasən təcrübə məşqçi ilə yeni bir illik müqavilə imzalanıb. Vahabzadənin köməkçiləri - Nadir Şükürov, Vidadi Rzayev və Əli İsmayılov ilə də anlaşma yenilənib.