18:06 25-07-2021
news_image
499
TOKİO-2020

Tokio-2020: İlk rəqibi dəqiqləşdi - boksçumuzun

Azərbaycan boksçusu Alfonso Dominqesin Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk rəqibi bəlli olub. 

Apasport.az saytının məlumatına görə, 81 kq çəki dərəcəsində rinqə çıxacaq Avropa Oyunlarının qalibi 1/8 finalda Dilşotbek Ruzmetovla (Özbəkistan) gücünü yoxlayacaq. 

Boksçumuzun rəqibinin adı bu gün dəqiqləşib. 1/16 finalda Emmett Brennanı (İrlandiya) 5:0 hesabı ilə məğlub edən Özbəkistan təmsilçisi mərhələ adladığından Dominqeslə qarşılaşacaq. İlk mərhələdən azad olan idmançımız Ruzmetovla iyulun 28-də döyüşəcək. Görüş Bakı vaxtı ilə saat 15:27-də başlayacaq.