11:57 26-07-2021
news_image
665
TOKİO-2020

Tokio-2020: Fəridə və Milad Olimpiada ilə vidalaşdı – YENİLƏNİB

Tokio-2020 Yay Olimpiya Oyunlarının dördüncü günündə Azərbaycan taekvondo yığması mübarizəyə qoşulub.

Apasport.az saytının məlumatına görə, yarışdakı hər iki təmsilçimiz bu gün dayanq üzərinə çıxıb.

Millimizin açılış mərasimindəki bayraqdarlarından biri olan Fəridə Əzizova ilk qarşılaşmada uğursuzluqla üzləşib. Titullu idmançımız Milad Beiqi Harçeqani də mübarizəni medalsız başa vurub. 

Taekvondo
26 iyul
Kişilər
80 kq

Milad ilk döyüşündə Çin Taypeyindən olan Vey-Tinq Liu ilə qarşılaşıb. 15:11 hesabı ilə qalib gələn taekvondoçumuz 1/8 final səddini adlayıb. O, 1/4 finalda Özbəkistan idmançısı Nikita Rafaloviçlə üz-üzə gəlib. Görüş ikiqat dünya çempionumuz üçün uğursuz alınıb. Harçeqani üçüncü dəfə qarşılaşdığı Rafaeloviçə ikinci dəfə uduzub. Rəqib 12:1 hesabı ilə qalib gəlib. Rafaloviç finala yüksələ bilmədiyi üçün Milad bürünc şansını da əldən verib. 

Qadınlar
67 kq

Fəridə 1/8 finalda yarışa başlayıb. O, ABŞ təmsilçisi Peyc Makfersonla görüşüb. İdmançımız 5:8 hesabı ilə uduzub. Makferson finala qədər irəliləyə bilmədiyi üçün Əzizova bürünc medal qazanmaq şansını da itirib.

Qeyd edək ki, Azərbaycan yığması taekvondo yarışlarında iki idmançı ilə təmsil olunurdu.