09:33 26-07-2021
news_image
150
TOKİO-2020

“Növbəti rəqibimi yaxşı tanıyıram” - Milad Beiqi Harçeqani

“Fəridənin məğlubiyyətinə çox pis oldum. Ona uğurlar arzulayıram”.

Apasport.az saytının məlumatına görə, bunu Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə qoşulan Azərbaycan yığmasının taekvondoçusu Milad Beiqi Harçeqani Milli Olimpiya Komitəsinin feysbuk səhifəsinə açıqlamasında deyib.

Qadın taekvondoçumuz Fəridə Əzizovanın (67 kq) məğlubiyyətinə üzülən dünya və Avropa çempionumuz özü 80 kq çəki dərəcəsində yarışa uğurlu start verib. 1/8 final mərhələsində Çin Taypeyindən olan Vey-Tinq Liunu üstələyən 30 yaşlı idmançı çətinliklər yaşadığını etiraf edib: “Birinci döyüşümdə hələ bədən tam açılmamışdı, bir az çətinlik çəkirdim. Rəqib də səhvlərə yol verirdi. Ümid edirəm ki, növbəti döyüşlərə daha hazırlıq olacam və uğurlu nəticə qazanacam”.

Harçeqani 1/4 finalda üz-üzə gələcəyi Özbəkistan təmsilçisi Nikita Rafaloviçin tanış rəqib olduğunu söyləyib: “Növbəti rəqibimi yaxşı tanıyıram. Rafaloviçə bir dəfə məğlub olub, bir dəfə də qalib gəlmişəm”.

Qeyd edək ki, Milad Beiqi Harçeqani ilə Nikita Rafaloviç arasında görüş Bakı vaxtı ilə saat 10:15-də başlayacaq.