09:42 26-07-2021
news_image
134
TOKİO-2020

Tokio-2020: 30 snayper arasında 26-cı oldu – Emin Cəfərov

Tokio-2020 Yay Olimpiya Oyunlarında stend atıcılığı yarışları davam edir.

Apasport.az saytının məlumatına görə, kişilərin skit yarışlarında təsnifat mərhələsi başa çatıb.

Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov mərhələnin ilk günündə olduğu kimi yenə uğursuz çıxış edib. O, günü 50 mümkün xaldan 45 xalla tamamlayıb.

Bununla da Cəfərov 125 hədəfdən 116-nı dəqiq nişan ala bilib. Snayperimiz bu nəticə ilə 30 iştirakçı arasında 26-cı olub.

Mübarizəni davam etdirəcək 6 iştirakçı arasına düşə bilməyən Emin Tokioda çıxışını başa vurub.