09:50 26-07-2021
news_image
141
TOKİO-2020

Texniki məğlubiyyət aldı – Tokio-2020-də

Tokio-2020 Yay Olimpiya Oyunlarında çimərlik voleybolu yarışları davam edir.

Apasport.az saytının məlumatına görə, Çexiya cütlüyü Ondjey Peruşiç və David Şvaynerə texniki məğlubiyyət verilib.

Buna koronavirus pandemiyası səbəb olub. Peruşiçin testi müsbət nəticə verib.

Bu üzdən çexiyalılar latviyalı cütlüklə görüşə çıxa bilməyib. Onların növbəti oyunu iyulun 31-də keçirəcək. Əgər Peruşiçin təkrar testi mənfi nəticə versə və karantindən dönsə qarşılaşma baş tutacaq.