10:16 26-07-2021
news_image
109
TOKİO-2020

Olimpiadadan kənar düşdülər – koronavirusa görə

Daha iki idmançı koronavirus pandemiyası üzündən Tokio-2020 Yay Olimpiya Oyunları ilə vidalaşıb.

Apasport.az saytının məlumatına görə, bunlar tennisçilər Jan-Jülyen Royer və Uesli Koolhof turnirdə iştirak etməyəcək.

Cütlərin yarışında 8-ci səpələnmiş olan fransalılar koronavirusun güdazına gedib. Royerin testi müsbət nəticə verib.

Qeyd edək ki, Jan-Jülyen Tokioya Niderlandın paytaxtı Amsterdamdan uçan reyslə gəlib. Həmin təyyarədə olan daha 4 nəfərdə koronavirus aşkarlanıb.