14:42 26-07-2021
news_image
253
FUTBOL

“Qarabağ”a arzusu – Uroş Matiçin

“Qarabağ”ın bu gün yollarını ayırdığı Uroş Matiç Ağdam klubu ilə vidalaşıb.

Apasport.az saytının məlumatına görə, serbiyalı yarımmüdafiəçi bununla bağlı instaqram səhifəsində paylaşım edib.

“Qarabağ” formasında şəklini paylaşan 31 yaşlı orta sahə oyunçusu ağdamlılara təşəkkür edir: “Hər şey üçün təşəkkür edirəm. Sizə gələcəkdə ən yaxşısını arzulayıram, “Qarabağ”.

Qeyd edək ki, Uroş Matiç ötən ilin yayında “Qarabağ”la 2+1 illik müqavilə bağlasa da, onunla sözləşməyə qarşılıqlı razılıqla xitam verilib.