22:43 26-07-2021
news_image
268
FUTBOL

“Mən Messi ilə deyil, Messi mənimlə oynayıb” - Samuel Etoo

“Yox. Mən Messi ilə oynamamışam. O, mənimlə oynayıb”.

Apasport.az saytının məlumatına görə, bunu İspaniyanın “Barselona” klubunun sabiq futbolçusu Samuel Etoo deyib.

Kamerun yığmasının keçmiş hücumçusu La Liqa təmsilçisi lideri Lionel Messi barədə maraqlı fikirlər səsləndirib. O, argentinalı ilə sonuncunun gənc yaşlarında komanda yoldaşı olmasına eyham vurub: “Bu da başqa şeydir. Mən Messi ilə deyil, Messi mənimlə oynayıb. Mənim vaxtımda, komandada olduğum zaman Messi mənimlə oynayırdı. Onda hər şey fərqli idi”.

Qeyd edək ki, Samuel 2004-09-cu illərdə “Barselona”da 199 oyuna 130 qol vurub.