15:50 26-07-2021
news_image
210
FUTBOL

Məhkəmə prosesi ləğv olundu – “Barselona” ilə Neymarın

“Barselona”nın sabiq futbolçusu Neymarla məhkəmə prosesi ləğv edilib.

Apasport.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, tərəflər üç əmək “davası” və bir mülki məhkəmə əməliyyatından sonra barışıq imzalayıblar. Braziliyalı futbolçu 2017-ci ildə PSJ-yə transfer olunduqdan sonra La Liqa təmsilçisindən 30 milyon avroluq əmək haqqı pulu istəmişdisə, ispanlar da ondan təzminat tələb etmişdilər.

Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə “Barselona”nın formasını geyinib. O, PSJ-yə 222 milyon avro müqabilində keçib.