16:12 26-07-2021
news_image
310
FUTBOL

“Neftçi” ilə cavab matçını buraxa bilər - kapitan

Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi”nin qonağı olacaq “Olimpiakos” Bakı səfəri öncəsi ciddi problemlər yaşayır.

Apasport.az saytının məlumatına görə, bir neçə oyunçusundan məhrum qalan Pirey təmsilçisində kapitan Andreas Buxalakisin də durumu qeyri-müəyyəndir.

Yunanıstandakı qarşılaşmanın birinci hissəsində zədələnərək əvəzlənən 28 yaşlı orta sahə oyunçusu əzələsindən müalicəsini davam etdirir. Yüngül qaçışla kifayətlənən Buxalakisin durumuna Bakı səfəri zamanı aydınlıq gələcək.

Ondan fərqli, digər yarımmüdafiəçi Yann Mvilanın cavab görüşünü buraxacağı dəqiqdir.

Qeyd edək ki, iyulun 28-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Olimpiakos” oyunu saat 21:00-da başlayacaq. Pireydəki ilk matçda ev sahibləri 1:0 hesablı qələbə qazanıb.