00:24 27-07-2021
news_image
228
FUTBOL

“Liverpul”un futbolçusuna elçi - paytaxtdan

İngiltərənin “Liverpul” klubunun futbolçusu Aleks Oksleyd-Çemberlen Premyer Liqa təmsilçisini tərk etməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi bu yay klubunu dəyişə bilər.

O, “Vest Hem”in maraq dairəsindədir. Orta sahə oyunçusunun “Liverpul”la müqaviləsi 2023-cü ildə başa çatacaq. 

Bu üzdən də London təmsilçisi Aleks üçün pul ödəməli olacaq. Paytaxt təmsilçisi keçidlə bağlı danışıqlara artıq start verib.