17:05 26-07-2021
news_image
364
FUTBOL

Biletləri satıldı - “Sumqayıt” - “Çukariçki” oyunun

“Sumqayıt”ın Konfrans Liqasının II təsnifat mərhələsində “Çukariçki” ilə cavab oyunu üçün satışa çıxardığı bütün biletlər tükənib.

Bu barədə apasport.az saytına “gənclik şəhəri” təmsilçisinin mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov məlumat verib.

O bildirib ki, Serbiya təmsilçisi ilə qarşılaşmaya 550 biletin satılıb. Biletlərin qiyməti 2 manat təşkil edib. Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan klublarının avrokubok matçlarına stadionların 50 faiz tutumuna qədər tamaşaçı buraxılması nəzərdə tutulub.

Qeyd edək ki, iyulun 29-da keçiriləcək “Sumqayıt” – “Çukariçki” oyunu saat 20:00-da başlayacaq. Belqraddakı ilk dueldə qolsuz bərabərlik qeydə alınıb.