10:03 27-07-2021
news_image
330
TOKİO-2020

63 min əhaliyə malik ölkə qızıl medal qazandı – Tokio-2020-də

Bermud adaları Olimpiya çempionluğu qazanan ən azsaylı əhaliyə malik ölkə olub.

Apasport.az saytının məlumatına görə, cəmi 63 min adamın yaşadığı ölkə tarixinin ilk uğuruna Tokio-2020 Yay Olimpiya Oyunlarında imza atıb.

Flora Daffi qadın triatlonçuların yarışında qızıl medala yiyələnib. Bunadək Bermud adaları Olimpiya Oyunlarında yalnız bir bürünc qazanıb. Monreal-1976-da boksçu buna nail olub.