12:13 27-07-2021
news_image
109
FUTBOL

Almaniyanı seçdi – “Monako”dan ayrılan hücumçu

“Monako”nun sabiq futbolçusu Stevan Yovetiç karyerasını Almaniyada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, hücumçu Bundesliqa təmsilçisi “Herta”ya keçib.

Futbolçu ilə 2 illik müqavilə imzalanıb. 2023-cü ilədək Berlin təmsilçisində çıxış edəcək Yovetiçlə anlaşma sonradan daha bir il müddətinə uzadıla bilər.

Qeyd edək ki, Stevan İtaliya klublarının da maraq dairəsində idi.